Özbəkistanın Baş naziri Qırğızıstana işgüzar səfər edib
Şəfa Hüseynli
Özbəkistanın Baş naziri Abdulla Aripov Qırğızıstana işgüzar səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.
Özbəkistanın Baş naziri Abdulla Aripovu İssık-Kul Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev qarşılayıb.
İyunun 23-də Qırğızıstan-Özbəkistan İkitərəfli Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev və Özbəkistanın Baş naziri Abdulla Aripovun sədrliyi ilə dar və geniş tərkibdə keçiriləcək.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın vacib sahələrini nəzərdən keçirəcək və sənədlər imzalayacaqlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net