Menyu

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

Operativ Media
Azərbaycan badmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

Yeniyetmə badmintonçumuz Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb. 

Operativ Media xəbər verir ki, Leyla Camalzadə qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15). 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Leyla 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19). 

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər