Menyu

Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

Operativ Media
Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.

​Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. 

Bundan əlavə, görüşdə müvafiq istiqamət üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər