Menyu

Bakıda keçiriləcək UFC turniri üzrə rəsmi razılaşma imzalanıb

Əziz Əzizli
Bakıda keçiriləcək UFC turniri üzrə rəsmi razılaşma imzalanıb

Azərbaycan ilk dəfə məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Operativ Media xəbər verir ki, bu tarixi hadisə iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsi Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə təşkil ediləcək.

Mayamidə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

İmzalama mərasimindən sonra nazir Fərid Qayıbov UFC turnirinin Bakıda keçirilməsinin idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addım olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər