Menyu

ƏMAS-da işçilərin məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb

Operativ Media
ƏMAS-da işçilərin məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işəgötürənlər üçün məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb.

Bu barədə Operativ Media-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, ƏMAS-ın “Statistik məlumatlar” bölməsinə əlavə edilən “Məzuniyyət günləri” funksiyası işəgötürənlərə işçilərin əmək müqaviləsinə əsasən əsas və əlavə əmək məzuniyyəti günləri barədə məlumatları sistem üzərindən rahat şəkildə əldə etmək imkanı verir.

Yeni funksionallıq məzuniyyət günləri ilə bağlı məlumatların onlar tərəfindən izlənilməsini və hesabatların hazırlanmasını asanlaşdırır. Bu, işəgötürənlərə məzuniyyətlərin uçotunu daha səmərəli aparmağa və insan resurslarının idarə edilməsini daha rahat təşkil etməyə şərait yaradır.

ƏMAS-da tətbiq olunan yeni funksiyalar əmək münasibətlərinin rəqəmsallaşdırılması, xidmətlərin daha əlçatan olması və işəgötürənlər üçün istifadənin daha rahat təşkili məqsədinə xidmət edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər