İtaliya millisinin keçmiş futbolçusu Rusiyaya səfər etdiyi üçün İtaliyada tənqid edilib
Əziz Əzizli
İtaliya millisinin sabiq hücumçusu Françesko Totti aprelin 8-də Moskvada İrina Viner Gimnastika Sarayında keçirilən “RB Prize-2025” beynəlxalq mükafatının təqdimat mərasimində iştirak edib.
Operativ Media xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 48 yaşlı italiyalını rusiyayönlü təbliğatda günahlandırıb, həmçinin keçmiş futbolçunu təhqir edərək hədələyiblər.
Totti bu məsələ ilə bağlı açıqlamasında "Mənim Moskvaya işgüzar səfərim artıq bir neçə gündür ki, sonsuz mübahisələrə səbəb olur. Amma mən siyasətçi və ya diplomat deyiləm, bütün dünyada idman dəyərlərini təbliğ edən idman adamıyam" deyə bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma