Menyu

"Barselona"nın sabiq futbolçusu idman mağazasında işləyir

Əziz Əzizli
"Barselona"nın sabiq futbolçusu idman mağazasında işləyir

"Barselona", "Valensiya" və "Sportinq" kimi Avropanın önəmli klublarında çıxış etmiş Fransa yığmasının sabiq futbolçusu Ceremi Matye Marseldə bir mağazada işləməyə başlayıb.

Operativ Media "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, transferlərinə ümumilikdə 25 milyon avro xərclənmiş Ceremi Matyenin idman mağazasında satış meneceri vəzifəsində çalışdığı bildirilib. Sosial şəbəkələrdə gündəm olan bu vəziyyətdən sonra keçmiş futbolçunun məşqçilik üzrə də çalışmalarını davam etdirdiyi məlum olub.

Fransa millisinin formasını ümumilikdə 5 dəfə geyinmiş 41 yaşlı sabiq futbolçu Barselona ilə Çempionlar Liqası və La Liqa çempionluqları yaşayıb. Karyerası ərzində ümumilikdə 617 rəsmi oyunda meydana çıxan sol cinah müdafiəçisi 41 qol və 39 assistlə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər