Azərbaycan millisi Litva ilə qarşılaşacaq
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Vilnüsdə Litva yığmasının qonağı olacaq.
“Jalgiris” stadionunda təşkil olunacaq qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
4 aprel
Litva (Qadınlar) - Azərbaycan (Qadınlar)
Jalgiris stadionu. Saat 19:30
Baş hakim: Marina Zechner
Baş hakimin köməkçiləri: Biljana Iskin, Linda Thieme
Dördüncü hakim: Lena Hirtl
(Hakimlər briqadası Avstriyadandır)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net