Menyu

Azərbaycan Kuboku: Tarixdə ikinci dəfə yaşandı

Əziz Əzizli
Azərbaycan Kuboku: Tarixdə ikinci dəfə yaşandı

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları turnirin iki ən titullu klubunun məğlubiyyəti ilə əlamətdar olub.

Operativ Media xəbər verir ki, “Qarabağ” “Araz-Naxçıvan”a səfərdə 0:1, “Neftçi” evdə “Sabah”a 1:2 hesabı ilə uduzub.

Bu, ölkə kuboku tarixində 2-ci belə hadisədir. Əvvəlki mövsümlərdə yalnız bir dəfə “Qarabağ” da, “Neftçi” də yarımfinala məğlubiyyətlə başlayıb.

2003/04 mövsümündə yarımfinalın ilk matçında bakılılar səfərdə “Bakılı”ya 0:1, “Qarabağ” isə evdə “Şəmkir”ə 1:2 hesabı ilə uduzub. 21 il sonra da meydan sahibləri 1:2, qonaqlar 0:1 hesabına üzülüblər. Həmin vaxt “ağ-qaralar” paytaxt derbisində mərhələ adlayıb və sonda kuboku qazanıb.

Qeyd edək ki, “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər