Tovuzda yeni azarkeş rekordu qeydə alındı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 28-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.
Operativ Media xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 azarkeş izləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net