Menyu

Səbuhi Abdullazadə: "Belarusla oyundan üzüağ çıxmaq niyyətindəyik"

Əziz Əzizli
Səbuhi Abdullazadə: "Belarusla oyundan üzüağ çıxmaq niyyətindəyik"

"Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq". 

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Belarusa qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

- Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısız ki, tənqid olunmayasız?

- Ağır nəticə oldu. Belə olmasını istəməzdik. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik. 

- Təcrübəlilər sənə dəstək olur? 

- Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi. 

- Belarus və Haiti nə dərəcədə fərqlənir?

- Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik. (Sportal)

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər