Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Əziz Əzizli
Gürcüstan Baş Nazirliyindən verilən yazılı açıqlamada, baş nazir İrakli Kobaxidzenin Tbilisidəki ofisində Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laszlo Totu qəbul etdiyi bildirilib.
Operativ Media xəbər verir ki, açıqlamada Gürcüstanın 2026-cı ildə cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi və tərəflər arasında müvafiq müqavilənin imzalandığı bildirilib.
Tbilisidə davam edən “2025 Judo Grand Slam Tbilisi” turniri çərçivəsində Gürcüstanda olan Tot baş nazir Kobaxidze ilə 2026-cı ildə keçiriləcək cüdo üzrə Avropa çempionatının təfərrüatlarını müzakirə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net