Menyu

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Əziz Əzizli
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Bu gün Tbilisidə (Gürcüstan) cüdo üzrə növbəti Böyük Dəbilqə turnirinə start verilib.

Operativ Media xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxıb. Onlardan biri medal uğrunda mübarizə aparacaq.

66 kq

Rəşad Elkiyev startda Luka Saqanelidzeni (Gürcüstan) məğlub edib, daha sonra Françesko Karqnelutti (İtaliya) və Abdurahim Nutfulloev (Özbəkistan) üzərində qələbə qazanıb. O, yarımfinalda Abrek Naquçevə (IJF) uduzub, o, bürünc medal uğrunda Özbəkistanlı Azizbek Ortibeklə mübarizə aparacaq.

Nazir Talıbov Laşa Nadiradzeyə (Gürcüstan) məğlub olub.

60 kq

Murad Muradlı startda Jaba Papunaşviliyə (Gürcüstan) qalib gəlsə də, daha sonra Enzo Jana (Fransa) məğlub olub.

52 kq

Aydan Vəliyeva Qal-Od Tserentoktokh (Monqolustan) üzərində qələbə qazansa da, 1/4 finalda Amandine Buuşara (Fransa) məğlub olub. Təsəlliverici raundda Vəliyeva Roza Giertaşla (Macarıstan) məğlub olub.

57 kq

Fidan Əlizadə Bianka Reisə (Braziliya) uduzub.

Hüseyn Allahyarov (60 kq) naməlum səbəbdən yarışmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər