"Budyo Qlimt"in prezidenti azərbaycanlı azarkeşi ölkəsinə dəvət etdi
Əziz Əzizli
Norveçin "Budyo Qlimt" klubunun prezidenti Inge Henning Andersen azərbaycanlı azarkeş Qurban Hacıyevi ölkəsinə dəvət edib.
Operativ Media xəbər verir ki, bu haqda Qurban Hacıyev tiktok hesabında paylaşım edib.
Qurban Hacıyev "Budyo Qlimt" klubunun Azərbaycandakı qatı azarkeşlərindəndir. O, sosial media hesabında azarkeşlik etdiyi komandanın oyunlarını şərh edərək paylaşır.
Qeyd edək ki, klub prezidenti göndərdiyi rəsmi məktubla Qurban Hacıyevi iki ev oyununu izləməyə dəvət edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma