Azərbaycan cüdoçusu Avropa Kubokunun qalibi oldu
Əziz Əzizli
Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
Operativ Media xəbər verir ki, ilk yarış günündə təmsilçimiz Aysun Məmmədova qızıl medalın sahibi olub.
-52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net