Azərbaycan millisi Bolqarıstana qalib gəldi
Əziz Əzizli
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.
Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Nərgiz Qurbanovanın yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) vurub.
Qrupun digər oyununda Lüksemburq yığması Malta seçməsini 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, millimiz qrupda son oyununu martın 18-də, saat 13:00-da Malta kollektivinə qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net