Menyu

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib

Əziz Əzizli
Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Operativ Media-ya verilən məlumata görə, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində DSX-nin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.

Yeni mövsümün ilk turunda “Sərhədçi” “Buta Qolden”i 3:0, “Omar” liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə üstələyib. “Polad” və “Elit” kollektivləri arasında qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.

İkinci turda “Şirvan” “Atilla”nı 8:1 hesabı ilə məğlub edib. “Embavud” “Qarabağ” komandasına 7, “Zəfər” isə “Ağstafa Dilbaz”a 10 top fərqlə qalib gəlib.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-19-da keçiriləcək. Liqa noyabrın 26-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər