Menyu

"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırıldı

Əziz Əzizli
"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırıldı

"Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.

Operativ Media xəbər verir ki, yığmanın baş məşqçisi Əli Əliyev 32 nəfərlik siyahıya Azərbaycanda çıxış edən legioneri də daxil edib. Bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bu gün Qazaxıstan millisinin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayıb. Pokatilov martın 17-də düşərgəyə qoşulacaq.

Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Uels və Lixtenşteynlə üz-üzə gələcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər