Menyu

Ruslan Əmircanov: "Bodo-Qlimt" "Tottenhem", "Ayaks" deyil ki, "Qarabağ"ın şansı olmasın"

Əziz Əzizli
Ruslan Əmircanov: "Bodo-Qlimt" "Tottenhem", "Ayaks" deyil ki, "Qarabağ"ın şansı olmasın"

"Bodo-Qlimt" "Tottenhem", "Ayaks" deyil ki, "Qarabağ"ın qalib gəlmək şansı olmasın".

Bunu "Operativ Media"ya açıqlamasında millinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, Norveç təmsilçisinin sıradan bir komanda olmadığını düşünür.

"Norveç təmsilçisi "Bodo-Qlimt" asan rəqib deyil. Avropa Liqasının Liqa mərhələsində 7 xal toplamağı bacarıblar. Son oyunda "Malmö" ilə 3-3 hesablı heç-heçə ediblər. Süni örtüklü meydançada oynayacaqlar. "Qarabağ" üçün çətinlik yaratsa da, rəqib bu meydançaya öyrəşib. Futbolu izləyən azarkeşlər bilir ki, "Bodo-Qlimt" sıradan bir komanda deyil. Öz çempionatlarında və avrokukoblarda yaxşı çıxış edir. Öz oyun üslubları ilə bunu sübut ediblər".

Ruslan Əmircanov "Qarabağ"ın Norveçdən 3 xalla qayıdacağına inanır.

"Qarabağ" bu oyuna itkilərlə çıxacaq. Son oyunda cəzalı vəziyyətə düşən futbolçular var. Amma buna baxmayaraq Qurban Qurbanovun yetirmələrinin Norveçdən 3 xalla qayıdacağına inanıram. Komanda Avropa Liqasında 3 oyun ard-arda məğlub olub. Azarkeşləri sevindirmək üçün qələbə qazanmaq istəyəcəklər.Rəqib "Tottenhem", "Ayaks" deyil ki, "Qarabağ"ın qalib gəlmək şansı olmadığını düşünək. "Qarabağ"ın qələbə qazanacağına inancım çoxdur".

Qeyd edək ki, matç noyabrın 7-də saat 21:45-də start götürəcək.

Teqlər:

"Ruslan \u018fmircanov: \"Bodo-Qlimt\" \"Tottenhem\" \"Ayaks\" deyil ki \"Qaraba\u011f\"\u0131n \u015fans\u0131 olmas\u0131n\""

Əlaqəli Xəbərlər