Menyu

Qusarda nəvəsini xilas etmək istəyən baba boğularaq ölüb

Operativ Media
Qusarda nəvəsini xilas etmək istəyən baba boğularaq ölüb

Qusar rayon sakini çayda boğulub.

Operativ Media APA-ya istinadən xəbər verir ki, rayon ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı Qusar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən sudan çıxarılıb.

Hadisə zamanı nəvəsini xilas etmək üçün özünü suya atan 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər