Menyu

Kanada qanalı futbolçunu ölkəyə buraxmadı

Operativ Media
Kanada qanalı futbolçunu ölkəyə buraxmadı

2026-cı il Dünya Çempionatında qrup mərhələsinin oyunları keçirilir.

Matçlar davam etdikcə gözlənilməz hadisələr də baş verməkdədir.

Operativ Media "The Athletic" nəşrinə istinadən xəbər verir ki,  qanalı futbolçu Tomas Parti Panamaya qarşı Kanadada keçiriləcək Dünya Çempionatı oyununda iştirak edə bilməyəcək.

FİFA "The Athletic"ə verdiyi açıqlamada Partinin İngiltərədə üzləşdiyi cinsi cinayət ittihamı səbəbindən Kanadaya girişinə icazə verilmədiyini təsdiqləyib.

FİFA-nın bəyanatında bu fikirlər yer alıb:

"FİFA təsdiqləyir ki, Kanada hökuməti tərəfindən viza müraciəti rədd edildiyi üçün futbolçu Tomas Parti Qana millisinin ABŞ-dakı düşərgəsindən Kanadaya səfər edə bilməyəcək və çərşənbə günü (17 iyun) Panamaya qarşı keçiriləcək ilk oyunu qaçıracaq.

FİFA viza qiymətləndirilməsi də daxil olmaqla, ev sahibi ölkələrin immiqrasiya proseslərinə müdaxilə etmir. Əvvəlki FİFA turnirlərində olduğu kimi, kimlərin viza alacağına və ölkəyə qəbul ediləcəyinə dair yekun qərarı ev sahibi dövlətin hökuməti verir".

Əlaqəli Xəbərlər