Menyu

"Milan" komandanın başına Amorimi gətirmək istəyir

Operativ Media
"Milan" komandanın başına Amorimi gətirmək istəyir

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ruben Amorim və Alvaro Arbeloanın da namizədlər siyahısına daxil edilməsi ilə "Milan" öz axtarış dairəsini genişləndirib.

Operativ Media ​xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən "Milan" hələ də Massimiliano Alleqrinin xələfini təyin etməyib. Qlasnerə 2 illik müqavilə təklif olunsa da, klub sahibi Kardinale onun uzunmüddətli futbol fəlsəfəsinə uyğun gələn bir mütəxəssis tapmaq üçün müsahibələri şəxsən idarə edir. "Tuttosport"un yaydığı məlumata görə, rəhbərlik daha gənc və geniş taktikaya sahib olan digər namizədlər — Ruben Amorim və "Əl-Əhli"nin baş məşqçisi Mattias Yaysle ilə də görüşlər planlaşdırıb.

​"La Gazzetta dello Sport" nəşri isə təsdiqləyir ki, "Kristal Pelas"la kubok treblinə imza atan Qlasner hələ də "favorit" statusunu qorusa da, "Milan" rəhbərliyi axtarış dairəsini qəsdən genişləndirir. İtaliya mətbuatı Kardinalenin "Real Madrid"dən ayrılan və hazırda boşda olan Arbeloa ilə də əlaqə saxladığını qeyd edir. Digər tərəfdən, Yaysle variantının Səudiyyə Ərəbistanı klubundakı 6 milyon avroluq təzminat bəndi səbəbindən maliyyə baxımından çətin bir alternativ olduğu və klubun hər bir profili diqqətlə nəzərdən keçirdiyi vurğulanır.

Əlaqəli Xəbərlər