Menyu

Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

Operativ Media
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

Pakistanın intensiv vasitəçilik səyləri fonunda sülh sazişini sabotaj etmək istəyənlərin apardığı davamlı dezinformasiya kampaniyasından tamamilə xəbərdarıq.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında paylaşım edib.

"Pakistanın intensiv vasitəçilik səyləri fonunda sülh sazişini sabotaj etmək istəyənlərin apardığı davamlı dezinformasiya kampaniyasından tamamilə xəbərdarıq. Bütün bunu kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin razılaşdırılmış yekun mətni artıq hazırdır. Pakistan hazırda növbəti addımları tamamlamaq üçün hər iki tərəflə yaxından işləyir. Sülh heç vaxt indiki qədər yaxın olmayıb",- o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehran ilə ABŞ-nin memorandum imzalamağa yaxın olduğunu bəyan etmişdi.

Əlaqəli Xəbərlər