Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər birinci oxunuşda qəbul edilib
Operativ Media
Milli Məclis Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.
Operativ Media xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Sənəd bundan əvvəl Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub.