Menyu

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB

Operativ Media
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB

Qəbələ rayonunda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. 

Operativ Media xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

***
15:17

Azərbaycanın bəzi bölgələrində zəlzələ hiss olunub.

Bu barədə Operativ Media-ya sakinlər məlumat veriblər.


Əlaqəli Xəbərlər