Almaniyada korporativ iflasların sayı 2026-cı ilin birinci rübündə 6,5% artıb
Operativ Media
Bu ilin birinci rübündə Almaniyada korporativ iflasların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% artıb.
Operativ Media xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, birinci rübdə məhkəmələrə ümumilikdə 6275 iflas ərizəsi təqdim edilib.
Qeyd edilib ki, təkcə mart ayında iflasların sayı əvvəlki illə müqayisədə 15,8% artıb.
Bildirilib ki, bu il Almaniyada iflasların sayı son 14 ilin ən yüksək səviyyəsinə çatıb.
Son illərdə Almaniya uzunmüddətli iqtisadi böhran yaşayır.
Bu böhran əvvəlcə COVID-19 pandemiyası ilə başlayıb, daha sonra isə Rusiyadan qaz təchizatının kəsilməsi və İranla bağlı münaqişə ilə daha da pisləşib.