“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya 2-ci Bundesliqasının 11-ci turunun “Hamburq”la oyununda (1:1) komandanın azərbaycanlı hücumçusu Mahir Əmrelinin çıxışını dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, o, Mahir Emrelinin son oyunda yaxşı oynamadığını bildirib.
“Mahir o qədər də yaxşı oynamadı. O, topu kifayət qədər yaxşı idarə etmirdi və kifayət qədər çevik deyildi. "Nürnberq"də hücum duetimiz daha da yaxşılaşa bilər. Tsimas və Emrelinin biri-birini anlaması hələ tam deyil”
Qeyd edək ki, "Hamburq"la oyunda "Nürnberq"in yeganə qolunu Mahir Emreli vurub.
Teqlər:
"Miroslav Kloze: Mahir o q\u0259d\u0259r d\u0259 yax\u015f\u0131 oynamad\u0131"