Mahir Emreli: Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim
Əziz Əzizli
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqada "Herta"ya qarşı debüt oyunu barədə fikirlərini bildirib.
"Operativ Media" xəbər verir ki, VI tur çərçivəsində baş tutan matçın 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı forvard özünün "Instagram" hesabında belə paylaşım edib:
"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net