Menyu

Türkiyədə zavodda partlayış olub

Operativ Media
Türkiyədə zavodda partlayış olub

Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər