Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Operativ Media
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen 1-2 iyul tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu Brüsseldə brifinqdə deyib.
Onun sözlərinə görə, səfərdə məqsəd “Avropanın dəstəyini ifadə etməkdir”.
“Avropa Komissiyasının rəhbəri Ermənistan və Azərbaycanı “Mərkəzi Asiyadan Avropaya dəhliz”ə çevirmək üçün bu ölkələr arasında sülh yolu ilə nizamlanma prosesini və Aİ-nin onların nəqliyyat infrastrukturuna yatırımlarını müzakirə edəcək”, - Aİ rəsmisi qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net