Menyu

Türkiyənin axtarış-xilasetmə qrupu Venesuelaya yola düşəcək

Şəfa Hüseynli
Türkiyənin axtarış-xilasetmə qrupu Venesuelaya yola düşəcək

Türkiyənin axtarış-xilasetmə və humanitar yardım qruplarını daşıyan iki təyyarə bu gün İstanbul Atatürk Hava Limanından Venesuelaya yola düşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) məlumat yayıb.

A-400M hərbi nəqliyyat təyyarəsi ilə Venesuelaya İstanbul, İzmir və Dənizlidən 38 nəfərlik AFAD Axtarış-Xilasetmə və humanitar yardım qrupunun, Səhiyyə Nazirliyindən 5 nəfərlik UMKE qrupunun, Türkiyə Qızıl Ayparasından 2 nəfərlik humanitar yardım qrupunun, 2 axtarış iti və 3 təchiz olunmuş axtarış-xilasetmə vasitəsi göndəriləcək.

Milli Müdafiə Nazirliyi həmçinin Humanitar Yardım Briqadasından 22 nəfərlik bir qrupu avadanlıqları ilə birlikdə A-400M hərbi təyyarəsi ilə göndərmək qərarı alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər