Menyu

"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı

Operativ Media
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə keçirəcəyi oyunların təyinatları açıqlanıb.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, ilk matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Patrik Qriskieviç olacaq. Ona yan xətdə Martsin Boniek və Bartoş Kasunski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirəcək.

İyulun 7-də Masazırda baş tutacaq oyun saat 20:00-da start götürəcək.

Komandalar arasında Uelsdə keçiriləcək cavab matçı isə İspaniyadan olan hakimlərə tapşırılıb. Görüşün baş hakimi Mateu Buskets Ferrer olacaq. Ona yan xətdə İniqo Prieto və Qonzalo Qarsiya kömək edəcəklər. Migel Anhel Ortiz isə dördüncü hakim funksiyasını yerinə yetircəcək.

İyulun 14-də Osvestridəki "Park Hall"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər