Xüsusi icazə tələb olunmayan radiostansiyaların meyarları dəyişdirilib
Operativ Media
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu"nda dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev qərar imzalayıb.
Qərara əsasən, mülki dövriyyədə olmasına xüsusi icazə tələb olunmayan radiostansiya və radiorabitə avadanlıqlarının güc meyarlarında dəyişiklik edilib.
Bundan sonra, effektiv şüalanma gücü 0,5 Vt-dan çox olmayan, 446-446,2 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyaları mülki dövriyyənin müəyyən iştirakçıları icazə olmadan istifadə edə biləcəklər.
İndiyədək, 446-446,1 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyalarına icazə verilirdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net