Oman Avropanı mümkün rüsumlarla bağlı xəbərdar edib
Operativ Media
Oman Avropa ölkələrini Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq oluna biləcəyi və bölgədə əvvəlki status-kvoya qayıdışın mümkün görünmədiyi barədə xəbərdar edib.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Oman Avropa rəsmilərinə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəl mövcud olan vəziyyətə qayıtmağın mümkün olmadığını bildirib.
Həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçən gəmilər gələcəkdə müəyyən rüsum ödəməli ola bilər.
Bildirilir ki, həmin rüsumun boğazın təhlükəsizliyinin təmin edilməsi, təmizlənməsi və nəqliyyat xidmətlərinin maliyyələşdirilməsi məqsədilə tətbiqi nəzərdən keçirilə bilər.
"Bloomberg"in məlumatına əsasən, ABŞ, Avropa ölkələri və Oman Sultanlığının qonşuları Hörmüz boğazından keçid üçün rüsum sisteminin yaradılması ehtimalından getdikcə daha çox narahatlıq keçirirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net