Menyu

Türkiyə: NATO sammiti ilə bağlı komendant saatı tətbiq edilməyəcək

Operativ Media
Türkiyə: NATO sammiti ilə bağlı komendant saatı tətbiq edilməyəcək

Türkiyə Prezident Administrasiyası NATO sammiti ilə əlaqədar Ankarada komendant saatı tətbiq olunacağına dair sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il iyulun 7-8-də keçiriləcək NATO sammiti ilə əlaqədar Ankarada komendant saatı tətbiq edilməyəcək.

Məlumatda həmçinin qeyd olunub ki, sammit ərəfəsində cəmiyyət arasında təşviş və qeyri-müəyyənlik yaratmağa yönəlmiş əsassız iddialarla bağlı aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri hüquqi prosedurlar həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər