Menyu

Mürsəl İbrahimov: Hərbi xidmət müddətinin azaldılması və ödənişli xidmət gündəlikdə deyil

Operativ Media
Mürsəl İbrahimov: Hərbi xidmət müddətinin azaldılması və ödənişli xidmət gündəlikdə deyil

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkədə hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqinin hazırda gündəlikdə olmadığını bildirib.

Operativ Media xəbər verir ki, APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirən Mürsəl İbrahimov qeyd edib ki, hərbi xidmət müddətinin azaldılması ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır.

Onun sözlərinə görə, hərbi hazırlığın daha qısa müddətdə tam mənimsənilməsi mümkün olacağı təqdirdə bu məsələ müzakirə oluna bilər.

Xidmət rəisi vurğulayıb ki, hazırda nə hərbi xidmət müddətinin azaldılması, nə də ödənişli hərbi xidmət modelinin tətbiqi müzakirə mövzusu deyil.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər