Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, bu tur İstanbul derbisinə şahidlik edib. "Fənərbaxça" "Qalatasaray" klubunu qəbul edib.
4 qolun vurulduğu matçda "Qalatasaray" 3-1 hesabı ilə qalib gəlib.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "sarı-qırmızılı" klub turnir cədvəlinə başçılıq edir. Ən yaxın rəqibi "Fənərbaxça" isə ondan 5 xal geri qalır.