Mahir Emreli "Nürnberq"də debüt etdi
Əziz Əzizli
Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun heyətində debüt edib.
"Operativ Media" 27 yaşlı hücumçu 2-ci Bundesliqaının 6-cı turunun "Herta" ilə oyununda meydana daxil olub. O, 39-cu dəqiqədə zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəz edib.
Matç "Herta"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Nürnberq" 6 turdan sonra 7 xal toplayıb və turnir cədvəlində 11-ci yerdədir.
Almaniya 2-ci Bundesliqası
6-cı tur
21 sentyabr
"Nürnberq" - "Herta" 0:2
Qollar: Derri Şerhant, 37. Palko Dardai, 90.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net