Orxan Məmmədov "AIM Congress"in panel iclasında iştirak edib
Nərmin Qocamanlı
KOBİA sədri Orxan Məmmədov "AIM Congress"in panel iclasında iştirak edib.
"Operativ Media" xəbər verir ki, bu barədə KOBİA sədri "X"də bildirib.
"Abu-Dabi şəhərində keçirilən "AIM Congress"in panel iclasında KOB-ların layihələrinə investisiya qoyuluşunu müzakirə etdik. Tədbir çərçivəsində təşkil olunmuş sərgidə "Invest in Azerbaijan" stendini ziyarət etdik və ölkəmizi təmsil edən “Recepta” startapı ilə görüşdük", - o, qeyd edib.