Menyu

"Bordo" FK Fransanın 6-cı divizionunda mübarizə aparacaq

Operativ Media
"Bordo" FK Fransanın 6-cı divizionunda mübarizə aparacaq

Fransanın "Bordo" futbol klubunun apelyasiya şikayəti rədd edilib və komandanın ölkə daxili turnirlərdən kənarlaşdırılması qərarı qüvvədə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə qərarı Fransanın Milli Nəzarət və İdarəetmə Direktoralığı (DNCG) qəbul edib. Beləliklə, "Bordo" növbəti mövsümdə ölkənin altıncı divizionunda mübarizə aparmalı olacaq.

​Qərara səbəb klub rəhbərliyinin 2026/27 mövsümü üçün büdcənin təsdiqinə dair lazımi maliyyə zəmanətlərini təqdim edə bilməməsidir. Apelyasiya komissiyasının iclasında klubun prezidenti və sahibi Jerar Lopes, baş direktor Arno Sen-Andre və digər rəsmilər 2025/26 mövsümündən qalan borcların ödənilməsi və növbəti mövsümün maliyyələşdirilməsi üçün tələb olunan 9-10 milyon avronun mövcudluğunu sübuta yetirə bilməyiblər.

​Maliyyə çətinlikləri səbəbindən hələ 2024-cü ildə aşağı liqaya göndərilən "Bordo" son iki mövsümü Fransanın dördüncü divizionunda keçirmişdi.

​Qeyd edək ki, zəngin tarixə malik olan "Bordo" altı qat Fransa çempionudur və sonuncu dəfə Liqa 1-in qalibi adını 2008/09 mövsümündə qazanıb. Bundan əlavə, komanda dörd dəfə ölkə kubokunun sahibi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər