Menyu

Qarabağ Universitetinin tələbə və əməkdaşlarının sayı açıqlanıb

Əsəd Abbaslı
Qarabağ Universitetinin tələbə və əməkdaşlarının sayı açıqlanıb

Qarabağ Universitetində hazırda 2250-yə yaxın tələbə təhsil alır, çalışan əməkdaşların sayı isə 400-ü ötüb.

Bu barədə Operativ Media-ya açıqlamasında universitetin rektoru Şahin Bayramov məlumat verib. 

Rektor ali təhsil ocağının infrastrukturunun sürətlə genişləndirildiyini vurğulayıb:

"Ən mühüm yeniliklərdən biri Qarabağ Universitetinin Türkiyənin 'QS' dünya reytinqində ölkə birincisi olan İstanbul Texniki Universiteti (İTÜ) ilə ikili diplom proqramına start verməsidir.

Dövlət tərəfindən maliyyələşdiriləcək bu layihə çərçivəsində İTÜ dörd ixtisas üzrə tədrisin qurulmasında yaxından iştirak edəcək.

Eyni zamanda, universitetin Mühəndislik fakültəsinin yeni müasir binasının tikintisi sürətlə davam edir və növbəti tədris ilində dərslərin məhz bu binada başlanması planlaşdırılır".

Rektor abituryentləri Qarabağ Universitetində ali təhsil almağa çağırıb:

“Əziz abituriyentlər, dəyərli gənclər və valideynlər! Hər birinizi böyük məmnuniyyətlə Qarabağ Universitetinin tələbəsi olmağa, Qarabağ Universitetini bizimlə bərabər qurmağa dəvət edirik. Sizə söz veririk ki, Qarabağ Universiteti sizi xoşbəxt edəcək. Özünə uğurlu karyera qurmaq istəyən hər bir kəsi bura gözləyirik."

“Universitetdə tələbələri müasir infrastruktur, tələbəyönümlü tədris prosesi və onlarla eyni dildə danışmağı bacaran peşəkar, dostyana akademik heyət gözləyir. Qarabağ Universiteti gənclərə yalnız yüksək ixtisaslı mütəxəssis deyil, həm də milli-mənəvi dəyərlərə sadiq, layiqli vətəndaş kimi yetişmək imkanı vəd edir”, - rektor qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər