Menyu

Yəmənin paytaxtındakı hava limanında uçuş-enmə zolağının bərpasına başlanılıb

Operativ Media
Yəmənin paytaxtındakı hava limanında uçuş-enmə zolağının bərpasına başlanılıb

Yəməndə son hava zərbələrindən sonra paytaxt Sənanın beynəlxalq hava limanında uçuş-enmə zolağının bərpa işlərinə start verilib.

Operativ Media xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalının yaydığı məlumatda bildirilib. "Airbus" və "Planet" şirkətləri tərəfindən iyunun 9-dan iyulun 14-dək çəkilmiş peyk görüntülərinə əsasən, zədələnmiş sahələrin təmirinə mühəndis texnikası cəlb olunub. Fotolardan əsas uçuş-enmə zolağının ən azı üç yerdən zərbəyə məruz qaldığı, həmçinin köməkçi ehtiyat zolağa və onun giriş hissələrinə dəqiq zərbələrin endirildiyi məlum olur.

​Telekanalın məlumatına görə, hava limanına hücum iyulun 13-də, göyərtəsində Tehrandan qayıdan "Ənsar Allah" (husilər) hərəkatının nümayəndə heyətinin olduğu İrana məxsus "Mahan Air" aviaşirkətinin təyyarəsi Yəmənin hava məkanında olan zaman baş verib. Nəticədə kursunu dəyişən hava gəmisi Hudeydə hava limanına eniş etməli olub. "Flightradar" xidmətinin qeydlərinə əsasən, Tehrandakı İmam Xomeyni beynəlxalq hava limanından İran vaxtı ilə saat 10:20-də (Bakı vaxtı ilə 10:50) havalanan təyyarə Yəmən vaxtı ilə saat 14:36-da Hudeydəyə enib.

​Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin Müdafiə Nazirliyindən bildirilib ki, uçuş-enmə zolağına zərbələr İran təyyarəsinin Sənaya enməsinin qarşısını almaq məqsədilə endirilib. Nazirliyin iddiasına görə, husilər Yəmənin "Yemenia Airways" aviaşirkətinin reysini qəbul etməkdən imtina edərək, məhz İran təyyarəsinin enişində israr ediblər.

​Buna cavab olaraq üsyançılar bombardmana görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyublar və 2022-ci ilin baharından bəri qüvvədə olan deeskalasiya dövrünün başa çatdığını bəyan ediblər. Həmin gün husilər Səudiyyə Ərəbistanının Abha beynəlxalq hava limanına pilotsuz uçuş aparatları və raketlərlə cavab zərbələri endiriblər. Rəsmi Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası isə krallığın cənubunda ballistik raketlərin zərərsizləşdirildiyini açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər