Menyu

Vens: Hörmüz boğazı problemini yalnız güclə həll etmək olmaz

Operativ Media
Vens: Hörmüz boğazı problemini yalnız güclə həll etmək olmaz

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti ilə bağlı mövcud olan problemi yalnız hərbi güc tətbiq etməklə tənzimləməyin qeyri-mümkün olduğunu etiraf edib.

Operativ Media xəbər verir ki, bu barədə vitse-prezident amerikalı komik və teleaparıcı Co Roqanın podkastında danışıb. C.D.Vens məsələnin nizamlanması üçün mövcud olan bütün vasitələrdən yararlanmağın vacibliyini diqqətə çatdırıb.

​Onun sözlərinə görə, ordu yalnız bir mexanizmdir, diplomatiya isə digər mühüm vasitədir. Vitse-prezident iranlılarla danışıqlar aparmağın mümkünsüzlüyünü iddia edən həm amerikalıların, həm də digər ölkələrin nümayəndələrinin bu yanaşmasından məyus olduğunu bildirib.

​C.D.Vens qarşı tərəfə zərbələr endirməyin, radarları sıradan çıxarmağın, bəzi raket və pilotsuz uçuş aparatlarını vurmağın mümkün olduğunu qeyd edib. Lakin o, gəmilərə hücum etməyin çox asan proses olduğunu əlavə edərək, problemin real həlli üçün dialoqa hazır olmağın və qarşılıqlı danışıqlar aparmağın vacibliyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər