Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında təmsil olunacaq
Operativ Media
Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında mübarizə aparacaq.
Operativ Media federasiyaya istinadən xəbər verir ki, yarış iyulun 18–25-də İtaliyanın Arco şəhərində yerləşən "Rock Master Climbing Stadium"da təşkil olunacaq.
Bu çempionat gənc idmançılar üçün dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biridir və U-17 və U-19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növləri üzrə təşkil olunur.
Dünya gənclər çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançı iştirak edəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma