Menyu

Cey Di Vens: İranın nüvə silahından imtinası ABŞ üçün mühüm nailiyyət olacaq

Operativ Media
Cey Di Vens: İranın nüvə silahından imtinası ABŞ üçün mühüm nailiyyət olacaq

İranın nüvə silahına sahib olmaqdan uzunmüddətli perspektivdə imtina etməsi ABŞ administrasiyası və onun apardığı kampaniya üçün mühüm və dəyərli nailiyyət olacaq.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens amerikalı komik və teleaparıcı Co Roqanın podkastında çıxışı zamanı bildirib. O qeyd edib ki, rəsmi Vaşinqtonun İrana qarşı yürütdüyü siyasətin bir hissəsi bu problemin uzunmüddətli həllinə yönəlib.

​C.D.Vensin sözlərinə görə, Tehranın hazırda nüvə silahına malik olmaması ilə yanaşı, gələcəkdə də öz potensialını bərpa etməyə cəhd göstərməyəcəyinə dair öhdəlik götürəcəyi şəraitin yaradılması ABŞ üçün faydalı nəticə hesab edilə bilər.

​Vitse-prezident gələcəyi proqnozlaşdıra bilmədiyini və İranla münaqişədə hadisələrin necə inkişaf edəcəyini dəqiq bilmədiyini etiraf edib. Bununla belə, o, Birləşmiş Ştatların doğru istiqamətdə irəlilədiyini düşündüyünü bildirib. C.D.Vens prosesin olduqca xaotik keçəcəyini, bir çox mərhələdə dayanmaların və yenidən başlamaların qaçılmaz olacağını da əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər