Menyu

Ukrayna münaqişəsinin həlli Rusiya-ABŞ münasibətlərində yumşalmaya səbəb ola bilər

Operativ Media
Ukrayna münaqişəsinin həlli Rusiya-ABŞ münasibətlərində yumşalmaya səbəb ola bilər

Ukraynadakı münaqişənin nizamlanması Rusiya ilə ABŞ arasındakı münasibətlərdə növbəti yumşalmaya, həmçinin Vaşinqton və Moskva arasında ticarət-iqtisadi əlaqələrin yaxşılaşmasına yol aça bilər.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Cey Kleyton bildirib.

​Kleytonun Senatın xüsusi kəşfiyyat komitəsində keçiriləcək dinləmələr üçün hazırladığı yazılı cavablarında qeyd olunub ki, Ukraynadakı müharibənin davamlı şəkildə nizamlanması tərəflər arasında həm geostrateji, həm də kommersiya əlaqələrinin bərpasına imkan yaradacaq.

​Bununla yanaşı, namizəd münaqişənin Ukraynanın suverenliyini qoruyacaq və Rusiyanın gələcəkdə Avropada törədə biləcəyi mümkün aqressiv addımlarının qarşısını alacaq şəkildə həll edilməsi cəhdlərini dəstəklədiyini vurğulayıb.

​Qeyd edək ki, ABŞ Milli Kəşfiyyatının direktoru ölkənin bütün 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirən əsas rəhbər şəxs hesab olunur. Cey Kleytonun bu vəzifəyə namizədliyi iyunun 11-də irəli sürülüb və fəaliyyətə başlaması üçün Senat tərəfindən təsdiqlənməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər