Menyu

ÇL: "Qalatasaray" məğlubiyyətdən xilas ola bilmədi

Əziz Əzizli
ÇL: "Qalatasaray" məğlubiyyətdən xilas ola bilmədi

Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

"Operativ Media" xəbər verir ki, A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bayern”lə qarşılaşıb və məğlub olub. Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.

Bu gün baş tutan matçlardan sonra 4 komanda – “Bayern”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

8 noyabr

A qrupu

“Bayern” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1

Qollar: H.Keyn, 80; 86 – Bakambu, 90+1.

“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3

Qollar: M.Elyunussi, 45. Qonsalves, 45+9. Lerager, 83. Bardi, 87 – Hoylund, 3; 28. B.Fernandes, 69-pen.

Xal: Bayern – 12. Kopenhagen – 4. Qalatasaray – 4. Mançester Yunayted – 3.

B qrupu

PSV (Niderland) – “Lans” (Fransa) 1:0

Qol: De Yonq, 12.

“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0

Qollar: Trossar, 29. Saka, 64.

Xal: Arsenal – 9. PSV – 5. Lans – 5. Sevilya – 2.

C qrupu

“Napoli” (İtaliya) – “Union Berlin” (Almaniya) 1:1

Qollar: Politano, 39 – Fofana, 52.

“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0

Qollar: B.Dias, 27. Vinisius, 58. Rodriqo, 61.

Xal: Real – 12. Napoli – 7. Braqa – 3. Union Berlin – 1.

D qrupu

“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1

Qollar: Merino, 6. Oyarzabal, 11. Barrenetçea, 21 – Rafa Silva, 49.

“Zalsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1

Qol: L.Martines, 85.

Xal: Real Sosyedad – 10. İnter – 10. Zalsburq – 3. Benfika – 0

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər