UEFA-nın "Qarabağ"a etdiyi ödənişin məbləği bəlli oldu
Əziz Əzizli
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.
Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma