"Arletiko Madrid" klubu baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.
"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Simeonenin klubla müqaviləni 2027-ci ilədək uzadacağı gözlənilir. Baş məşqçi maliyyə problemləri olan "Atletiko Madrid"də maaşında endirimə getməyə razı olub.
Qeyd edək ki, italiyalı baş məşqçi 2011-ci ildən "Atletiko Madrid" klubunu çalışdırır.