Menyu

Karlo Ançelotti Arda Güləri niyə oynatmadığını açıqladı

Əziz Əzizli
Karlo Ançelotti Arda Güləri niyə oynatmadığını açıqladı

La Liqanın 12-ci həftəsində "Real Madrid" "Rayo Valyekano"nu qəbul edib. Arda Gülərin ilk dəfə heyətə düşdüyü qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.

"Operativ Media" xəbər verir ki, Türkiyə millisinin üzvü Arda Gülər bu matçda meydana çıxmayıb. Baş məşqçi Karlo Ançelotti matçdan sonra gənc futbolçu ilə bağlı sualı cavablandırıb.

Təcrübəli məşqçi Arda Gülərin tezliklə oynayacağını qeyd edərək, "Arda Güləri oynatmaq üçün bizə doğru fürsət gəlmədi. Dünən bu haqda danışdıq, tezliklə oynayacaq" dedi.

Digər tərəfdən, matçda zədələnən, lakin 90 dəqiqə meydanda qalan Bellinqhemlə bağlı danışan Ançelotti, "Onun çiynində problem var. Sabah lazımi testləri edəcəyik. Ümid edirəm ki, o, "Braqa"ya  qarşı oynaya biləcək.

Teqlər:

"Karlo An\u00e7elotti Arda G\u00fcl\u0259ri niy\u0259 oynatmad\u0131\u011f\u0131n\u0131 a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər